Ukraynada həlledici döyüş başladı -

“Donbasdakı döyüşlər Ukrayna üçün həlledicidir”.

Metbuat.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin sözçüsü polkovnik Aleksandr Motuzyanik belə açıqlama verib. O bildirib ki, Donbasda döyüşlər artıq başlayıb. Motuzyanikin sözlərinə görə, Rusiya ordusu şərq əməliyyat bölgəsinə son bir neçə gün ərzində çoxlu qüvvə cəlb edib. Rusiyanın Ukraynanın şərqindəki irimiqyaslı hücuma çoxdandır hazırlıq apardığını deyən Motuzyanik, ordunun cəsarətlə müdafiə oldunduğunu ifadə edib

“Şərqdəki müdafiəmiz bütün ərazilərimizin işğal olunması planını pozur. Ona görə də, Donbasdakı döyüş Ukrayna üçün həlledici döyüşdür” - deyə Motuzyanik qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR