Bakıda yeniyetmə qız itkin düşüb

Bakıda 15 yaşlı qız itkin düşüb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xəzər rayonu Mərdəkan qəsəbəsində yaşayan 2007-ci il təvəllüdlü Məmmədova Nilüfər Elxan qızı 29 mart 2022-ci il tarixində yaşadığı evdən xəbərsiz çıxaraq itkin düşüb.

Onun barəsində məlumatı olan şəxslər Xəzər Rayon Polis İdarəsinə, 012-554-22-22 və 055-270-24-34 nömrələrinə zəng edərək məlumat verə bilərlər. Həmçinin, N.Məmmədovanın yeri barədə nazirliyin "102" Xidməti Zəng Mərkəzinə də zəng edərək məlumat vermək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR