Kamran Əliyev 3 rayona yeni prokuror

Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad edilib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ş.İmanov Daşkəsən Rayon Prokuroru təyin olunub.

K.Əliyevin digər əmrləri ilə Daşkəsən Rayon Prokuroru Marif Hüseynov tutduğu vəzifədən azad olunaraq Tovuz Rayon Prokuroru təyin edilib.

Xocalı Rayon Prokuroru vəzifəsinə isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR