Putin bu halda nüvə silahının tətiyini çəkəcək -

“Putin kənardan təhlükə hiss edərsə, nüvə silahının tətiyini çəkəcək”.

Metbuat.az xəbər verir ki, Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev Moskvanın nüvə silahından hansı halda istifadə edəcəyi barədə suala belə münasibət bildirib. O ABŞ mediasına açıqlamasında bildirib ki, Rusiya özünə, yaxın müttəfiqinə və ölkənin mövcudluğuna qarşı real təhlükə hiss edərsə, nüvə silahına əl atacaq. Andrey Kozırev real təhlükə dedikdə NATO qoşunlarının Moskvaya daxil olmasını misal çəkib. Keçmiş diplomatın sözlərinə görə, hazırki şərtlərdə Rusiyanın suverenliyi üçün təhlükə yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR