Əhməd Cavadın nəticəsi Prezidentə təşəkkür edib

Prezident İlham Əliyev şair Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Metbuat.az xəbər verir ki, Əhməd Cavadın nəticəsi, Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axunzadə buna görə Prezident İlham Əliyevə təşəkkür edib:

“Ulu babam Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzalaması qürurverici hadisədir. Bu, babamın həyat və fəaliyyətinə olan diqqətin göstəricisidir. Ailəmiz adından cənab Prezidentə təşəkkür edirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR