Dünya bazarında təbii qazın qiyməti azalıb. Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti mayda çatdırmaq şərti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,63% azalaraq 6,80 ABŞ dolları təşkil edib.