ÜST-dən Covid-19 dərmanı ilə bağlı yeni açıqlama

Ümumdünya Səhiyyə Təşkilatı "Pfizer" əczaçılıq şirkəti tərəfindən hazırlanan Covid-19 əleyhinə yeni dərmanı tövsiyə etdiklərini açıqlayıb.

Mətbuat.az xəbər verir ki, bu dərman əsasən, xəstəliyi çox ağır keçirməyən, lakin xəstəxanaya yerləşdirilmə risqi yüksək olan xəstələr üçün məsləhətli görülüb. Bildirilib ki, xəstəxanaya yerləşdirilmə riski yüksək olanlar arasında peyvənd olunmayanlar, qocalar və immuniteti zəif olanlar var. Sözügedən Covid-19 dərmanından istifadə etməklə bu qruplara daxil olan koronavirus xəstələrinin xəstəxanaya yerləşdirilmə riskinin qarşısı alındığı və ritonavirdən hazırlanan dərmanın digər növ yoluxma əleyhinə dərmanlarla müqayisədə daha təsirli olduğu qənaətinə gəlinib.

Qeyd edək ki, mütəxəssislər effektivliyini araşdırmaq üçün dərmanı 3100 Covid-19 xəstəsi üzərində sınaqdan keçiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR