NASA Marsda Günəş tutulmasının videosunu yayımlayıb -

NASA Marsda Günəş tutulmasının görüntülərini yayıb.

Metbuat.az NASA-ya istinadən məlumat verir ki, Marsın təbii peyki Fobos Günəşin qarşısından keçərkən planetdə Günəş tutulması müşahidə olunub. Bu görüntüləri Marsı kəşf etmək üçün göndərilən insansız "Perseverance" cihazı çəkib. NASA-nın məlumatına görə, nəticə Fobos günəş tutulmasının Mars səthindən indiyə qədər çəkilmiş ən çox böyüdülmüş, ən yüksək kadr dərəcəsi olan müşahidəsidir.

Bu heyrətamiz tutulma Yer vaxtı ilə 2 aprel 2022-ci ildə baş verib və 40 saniyədən çox davam edib.

Qeyd olunur ki, Fobosun Günəşi tutulması yaratması üçün lazım olan vaxt Yerin Ayı əhatə edən tipik Günəş tutulmasından çox azdır, çünki Fobos öz Ayımızdan təxminən 157 dəfə kiçikdir və tam kürə formalı deyil.

Həmçinin, "Perseverance" cihazının kamerası "Mastcam-Z"də birbaşa Günəşə baxmağa imkan verən xüsusi günəş filtrləri var. Video o qədər yüksək görüntü imkanlarına malikdir ki, Günəşdə hətta günəş ləkələri də görünür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR