"​Netflix" son 10 ildə ilk dəfə abunəçilərini itirir

Bu ilin əvvəlindən başlayaraq "Netflix" 200 min abunəçisini itirdiyini açıqlayıb və yazda daha çox itirəcəyini gözlədiyini söyləyib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, "Netflix" bu böhranın səbəbini artan rəqabət, Ukraynadakı müharibə və loginlərini paylaşan insanların sayı kimi amillərdə görür. Həmçinin bildirilib ki, Rusiyada bazarından çıxmaq qərarı şirkətə 700 min abunəçini itirməyə başa gəlib.

Qeyd edək ki, seriallar və filmlərin yayımlandığı bu nəhəng şirkətin səhm qiyməti ilk rübdə qlobal miqyasda 200.000 abunəçisini itirdiyi xəbərindən sonra 20%-ə yaxın düşüb. "Wall Street Journal" şirkətin 2,5 milyon abunəçi əlavə edəcəyini gözləyirdi. "Netflix" isə cari rübdə 2 milyon qlobal abunəçi itirəcəyini gözləyir.

Həmçinin, bu böhrana qarşılıq olaraq "Netflix" rəhbərləri daha aşağı qiymətli abunə müqabilində xidmətə reklam əlavə etməyə hazır olduqlarını açıqlayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR