​Dünya Bankı ərzaq böhranı barədə həyəcan

Dünya Bankının prezidenti Devid Malpass bildirib ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində dünya ərzaq böhranı ilə üz-üzədir.

Metbuat.az "BBC" nəşrinə istinadla xəbər verir ki, böhran davam edərsə, ərzaq qiymətlərində rekord artım yüz milyonlarla insanı yoxsulluğa sürükləyəcək.

Həmçinin, Dünya Bankı hesablayır ki, ərzaq qiymətlərində 37% artım ola bilər. Bu, ən çox yemək və təhsil kimi hər şey üçün az pulu olan kasıblara zərbə vuracaq.

Devid Malpass rzaq və enerji qiymətlərinin artması fonunda inkişaf etməkdə olan ölkələrin böyük pandemiya borclarını ödəyə bilməməsi nəticəsində yaranan "böhran daxilində böhran" mövzusunda da xəbərdarlıq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR