Putin ukraynalı hərbçilərə çağırış etdi: Təslim olun!

"Təslim olan bütün ukraynalı hərbçilərin təhlükəsizliyi təmin ediləcək. Onlarla hörmətlə rəftar ediləcək”.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Mariupolun ələ keçirilməsi ilə əlaqədar açıqlamasında bildirib. Onun sözlərinə görə, Mariupolda fabrikə sığınan ukraynalı hərbçilərə hücum edilməyəcək.

Qeyd edək ki, ələ keçirilən Mariupolda bir qrup hərbçi polad fabrikində mövqe tutub. Bildirilir ki, Putin Rusiya ordusuna fabrikə hücum etməmək barədə təlimat verərək, gözləməyi əmr edib. Şoyqu Putinə deyib ki, fabrikdəki 1478 hərbçi təslim olsa da, hələ içəridə 2 min əsgər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR