Son dörd gündə koronavirusdan ilk ölüm qeydə alınıb

Azərbaycanda son dörd gündə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, son sutka ərzində koronavirusdan bir nəfər ölüb.

Qeyd edək ki, sonuncu dəfə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusdan ölümün qeydə alınması barədə məlumatı aprelin 17-də açıqlamışdı.

İndiyədək ölkə üzrə koronavirusdan ölənlərin sayı 9 707 nəfər təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR