Ukrayna Avropa Birliyi və NATO ölkələrinə silah yardımı üçün müraciət edib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba açıqlama verib. O bildirib ki, Ukrayna orduya lazım olan silahların siyasını təqdim edib. “Biz Avropa Birliyi və NATO-ya üzv ölkələrə döyüş təyarələrindən zirehli vasitələrə qədər ehtiyac olan silahların siyahısını təqdim etdik”- deyə diplomat qeyd edib.
Kubela Qərbdən yaxşı cavab alacaqlarına ümid etdiyini bildirib. Kubelanın sözlərinə görə, Rusiyanın Qara dənizdəki nüfuzuna son qoymaq üçün sanksiyalar artırılmalıdır.