Putin Mariupolun ələ keçirilməsini buna görə çox istəyirdi:

Müharibə başlayan gündən şiddətli toqquşmaların baş verdiyi Mariupol şəhəri ərazisinə görə kiçik olsa da, olduqca strateji əhəmiyyətə malikdir.

Metbuat.az xəbər verir ki, Rusiya ordusu ötən gün şəhəri ələ keçirməklə böyük uğur əldə etdi. Liman şəhəri Mariupolun ələ keçirilməsi ilə Rusiyanın Odessa bölgəsinə irəliləməsinin qarşısı açıldı. Mariupol Krımdan hərəkət edən rus qüvvələrin qarşısında maneə yaradırdı. Rusiya şəhəri ələ keçirməklə Ukraynanın Qara dəniz sahilindəki ərazilərinin 80 faizinə nəzarət etməyə başlayıb.

Mariupolu ələ keçirməkdə çətinlik çəkən Rusiya Kiyev ətrafındakı qüvvələrini bölgəyə cəlb edərək, ukraynalıların müqavimətini qırdı.

Qeyd edək ki, müharibə başlayandan bəri Mariupol Rusiya ordusunun ələ keçirdiyi ilk şəhərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR