Tayson təyyarədə sərnişini DÖYDÜ -

ABŞ-ın əfsanəvi boksçusu, superağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson uçuşdan əvvəl təyyarədə sərnişini döyüb.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, arxa oturacaqdakı bir kişi içkili vəziyyətdə 55 yaşlı idmançı ilə söhbətə cəhd edib. Tayson isə həmin şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra sifətinə zərbələr endirməyə başlayıb.

Zərərçəkən sərnişinə tibbi yardım göstərilib. O, polisə müraciət edib. Tayson isə təyyarədən çıxıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR