Mövlud Çavuşoğlu: "Hizbullah" Suriyanın dinc əhalisinin ölümünə görə məsuliyyət daşıyır

Mövlud Çavuşoğlu: "Hizbullah" Suriyanın dinc əhalisinin ölümünə görə məsuliyyət daşıyır
10:48 19 Yanvar 2015
112 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Livanın terrorçu "Hizbullah" hərəkatının terrorçuları Suriyanın heç bir günahı olmayan minlərlə dinc sakininin ölümünə görə məsuliyyət daşıyır.

Trend xəbəbr verir ki, bu barədə bazar ertəsi “Haber7” Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya istinadən bildirib.

Onun sözlərinə görə, Suriya rejimini dəstəkləyən məhz "Hizbullah" hərəkatı 200 mindən artıq insanın ölümünə səbəbkar olub.

Nazir qeyd edib ki, "Hizbullah"-ın Türkiyəni terrorizmi dəstəkləməkdə günahlandırmağa haqqı yoxdur.

Dünən Livanın "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah Türkiyəni Suriyadakı terrorçuları dəstəkləməkdə ittiham edib.

Bir müddət əvvəl o, həmçinin bəyan etmişdi ki, hərəkat bundan sonra da Suriya hakimiyyətini üsyançılarla mübarizədə dəstəkləyəcəyini bəyan edib.

Bu bəyanatdan dərhal sonra suriyalı müxaliflər Çeyrutun şiə. məhəllələrini atəşə tutublar və Livandakı digər obyektlərə də zərbə endirəcəklərini vəd ediblər. Suriyalı üsyançılar Livan hökumətindən “Hizbullah”-ın müxalifətə qarşı fəaliyyətinə son qoymasını tələb ediblər.

Bu arada“Hizbullah”-ın üzvləri Suriya ərazisini tərk etməyəcəklərini bəyan ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2354604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR