Bu gün Yer Günüdür

"Google doodle" 2022-ci ilin 22 aprel - Yer Gününü iqlim böhranının görüntüləri ilə qeyd edib.

Metbuat.az xəbər verir ki, "Google" Yer Gününü istifadəçilərinə bəşəriyyətin iqlim və ətraf mühitə təsirini xatırlatmaq üçün əriyən buzlaqları, azalan qar örtüyünü, meşələrin qırılmasını və mərcan ağartmasını əks etdirən peyk şəkilləri ilə qeyd edib. Peyk görüntülərində 1995-ci ildən bugünədək insanların təbiətə vurduğu zərər nəticəsində dəyişikliyə uğrayan ətraf mühitin müqayisəsi əks olunub.