Ruslar ilk dəfə Ukraynadakı itkilərini açıqladı: Məlumatı dərhal sildilər /

Rusiyada nəşr olunan və hakimiyyətin Ukrayna siyasətini dəstəkləyən “Readovka” qəzeti rusların itkiləri barədə rəqəmləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, qəzetin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi 13414 hərbçinin öldüyünü və 7 min əsgərin itkin düşdüyünü qəbul edib. Həmçinin iddia edilib ki, “Moskva” kreyserinə hücum zamanı heyət üzvlərindən 116 nəfər həlak olub. 100 nəfər isə itkin düşüb. Lakin qəzet məlumatı yayandan qısa müddət sonra silib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR