Baş prokurorun Ağstafada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Baş prokuror Kamran Əliyevin Ağstafa, Qazax və Tovuz rayon sakinləri ilə aprelin 29-na nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə Metbuat.az a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qəbul aprelin 28-də saat 10:00-da Ağstafa rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağstafa rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR