Rövşən Nəcəf: “Bu il Türkiyə və Avropaya 4 mlrd kubmetrdən çox Azərbaycan qazı ixrac edilib”

Azərbaycan qazının nəqli üçün mühüm strateji və iqtisadi əhəmiyyətə malik Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) istismara verildiyi tarixdən bu ilin aprelin 1-nə qədər 26,13 milyard kubmetr təbii qaz nəql edilib.

Metbuat.az xəbər verir ki. bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkət prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, cari ilin 1-ci rübündə isə bu kəmərlə 4,01 milyard kubmetr Azərbaycan qazı Türkiyə və Avropa bazarına nəql olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR