AAYDA Mustafa bəy Topçubaşov küçəsini əsaslı şəkildə təmir edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nəsimi rayonunda Mustafa bəy Topçubaşov küçəsini əsaslı şəkildə təmir edib.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, küçənin uzunluğu 360 metr, ortalama eni 7 metr təşkil edir. Aparılan təmir işləri çərçivəsində: küçə boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb; səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə gətirilib; zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub və abadlaşdırılıb; köhnə səki daşları 610 p/metr uzunluğunda yeni səki daşları ilə əvəz edilib; küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub; üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb, zəruri yerlərdə yol nişanları quraşdırılıb. Yaxın günlərdə piyada zolaqlarının çəkili işləri icra olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsində olacaq.

Hazırda təmir işləri rayonun Cəlil Məmmədquluzadə və İlqar İsmayılov küçələrində davam etdirilir. Daha sonra Mirəsədulla Mirqasımov və Nəsib bəy Yusifbəyli küçələrinin də təmiri nəzərdə tutulub.

Agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1 161 metr olan 4 küçə təmir edilib: Nəcəf bəy Vəzirov küçəsi (360 m), Hüseynqulu Sarabski küçəsi (220 m), Mərdanov qardaşları küçəsi (286 m), Ağadadaş Qurbanov küçəsi (295 m).

2021-ci ildə isə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 km uzunluğa malik küçələrdə təmir işləri icra olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR