Gənc cüdoçularımız Polşada Avropa kuboku yarışında iştirak edəcəklər

Cüdoçularımız aprelin 23-də Polşanın Poznan şəhərində start götürəcək gənclər arasında Avropa kuboku yarışında iştirak edəcəklər.

Metbuat.az xəbər verir ki, yarışda oğlanlardan Nicat Şirinov, Murad Əliyev (60 kq), Eltac Yusifli, Xudabaxış Əliyev, Vaqif Tarverdiyev (66 kq), Qədir Hüseynov, Çingiz Fəttahov, Vüsal Qələndarzadə, Nahid İsmayılov (73 kq), Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli, Murad Əlizadə (81 kq), Əjdər Bağırov, Vüqar Talıbov (90 kq), Rəsul Aydəmirov, Atabala Niftəliyev (100 kq), Səid Orucov (+100 kq) mübarizə aparacaqlar. Qızların yarışlarında isə Könül Əliyeva (48 kq), Zeynəb Məmmədova (52 kq), Lətifə Abbasova, Səbinə Əliyeva (57 kq), Aytac Qardaşxanlı (63 kq) güclərini sınayacaqlar.

Aprelin 24-dək davam edəcək turnirdə 17 ölkədən 287 idmançı yarışacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR