Borrel “Azovstal”dan dərhal humanitar dəhlizlər yaratmağa çağırdı

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Ukraynanın Mariupol şəhərindəki “Azovstal”dan Ukraynanın digər bölgələrinə atəşkəs zəmanəti ilə humanitar dəhlizlərin yaradılmasına çağırıb.

Metbuat.az “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyası rəhbərinin bəyanatında deyilir.

“Bir neçə həftədir ki, dünya Rusiyanın Mariupola qanunsuz hücumunun şahidi olur və bu, təhrif olunmuş “azadetmə” bəhanəsi ilə şəhərin genişmiqyaslı dağıdılması, o cümlədən dinc əhaliyə qarşı vəhşiliklərlə nəticələnib”, - bəyanatda qeyd olunub.

“Aİ Ukraynanın Kremlə Mariupolun mülki əhalisinin təhlükəsiz təxliyəsinə icazə verməklə bağlı çağırışını dəstəkləyir”, - Borrel deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Mariupolu bombalamağa və “Azovstal” rayonunda Ukrayna bölmələrini blokadada saxlamağa davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR