Niderland Ukraynanı zirehli haubitsalarla təmin edəcək

Niderland Almaniya ilə birlikdə Ukraynanı zirehli haubitsalarla təmin etmək niyyətindədir.

Metbuat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Almaniya ilə məsləhətləşmələr son mərhələdədir.

Bu həftənin əvvəlində Niderland hakimiyyəti Ukraynanı ağır silahlarla təmin etmək niyyətində olduqlarını bildirib.

40-50 km məsafədəki hədəfləri vura bilən zirehli haubitsalar ən ağır artilleriya sayılır. Niderland ordusu 54 ədəd belə texnika ilə silahlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR