Bayden yenə o hərəkəti etdi - VİDEO

ABŞ Prezidenti Co Bayden növbəti dəfə qeyri-adi hərəkəti ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, bu, onun Seattle şəhərində çıxışından sonra baş verib.

Belə ki, ABŞ başçısı çıxışını bitirdikdən sonra geri çevrilib və əlini uzadıb. Arxada isə heç kim olmadığı üçün Baydenin əli boş qalıb.

Baydenin bu hərəkəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.

Qeyd edək ki, oxşar epizod bir həftə əvvəl də Şimali Karolina ştatında baş vermişdi. O, çıxışını bitirdikdən sonra səhnəyə arxasını çevirib, Prezidentin yanında heç kim olmasa da, əl sıxmaq üçün əlini uzadıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR