Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Metbuat.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR