Fazil Həsənəliyevə

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.

Fazil Həsənəliyev isə daha əvvəl Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR