Mariupolda min nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar edilib

Ukraynanın Mariupol şəhərinin ətrafındakı Vinoqradnoe kəndində mindən çox insanın basdırıldığı kütləvi məzarlıq aşkar edilib.

Metbuat.az UNİAN-a istinadən xəbəır verir ki, bu barədə Mariupol şəhərinin rəsmilərinin məlumatında deyilir.

Bildirilir ki, “Planet” peykindən 20 aprel tarixində çəkilmiş şəkillərdə 45X25 metr ölçüdə kütləvi dəfnetmə yeri görünür. Burada mindən çox mariupollunun basdırıldığı ehtimal edilir.

Şəhər soveti bu cür dəfn yerlərinin çox olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR