3 milyona yaxın ukraynalı Polşaya qaçıb

Polşa Sərhəd Mühafizəsi bildirir ki, fevralın 24-də müharibə başlayandan bəri 2,9 milyondan çox qaçqın Ukraynadan Polşaya qaçıb.

Metbuat.az "BBC"yə istinadla xəbər verir ki, son həftələrdə ölkəyə sərhədi keçənlərin sayı xeyli azalıb, Ukraynaya gedənlərin sayı isə artıb.

Ümumilikdə müharibə başlayandan bəri Polşadan Ukraynaya 825,8 min insan daxil olub. Martın 6-da qaçqın böhranının ən qızğın vaxtında 142,300 insan Ukraynadan Polşaya qaçıb.

Qeyd olunur ki, müharibədən əvvəl Ukraynadan Polşaya sərhədi keçənlərin gündəlik orta sayı 16 800 nəfər idi.

900 mindən çox ukraynalı isə Polşa milli identifikasiya nömrəsi üçün müraciət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR