Azərbaycanlı gənc Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib

Gənclər üçün Azərbaycan Prezidentinin mükafatçısı, Gənclər Fondunun Müşahidə Şurasının üzvü Məryəm Məcidova Avropa Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib.

Metbuat.az xəbər verir ki, bu quruma üzv seçilmiş gənclər Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərarverici orqanı olan Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunur.

Məşvərət Şurası gənclərin tələblərini, ehtiyaclarını, fikirlərini özündə əks etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir. Mandatı 2 il davam edən təmsilçilik demokratik vətəndaşlıq, insan hüquqları təhsili və qeyri-formal təhsil prinsiplərinə əsaslanaraq təşkil olunur. Şura 30 gənc üzvdən ibarətdir və Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatların, milli gənclər şuralarının və yerli gənclər təşkilatlarının nümayəndələrindən ibarətdir.

Qeyd edək ki, 8 illik aradan sonra Azərbaycanı təmsil edən gənclər təşkilatının nümayəndəsi yenidən Avropa Şurasının Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv olaraq seçilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR