Rusiya ukraynalı "millətçilər"in möhkəmləndirilmiş ərazisinin məhv edildiyini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xerson vilayətində hərbçilərin ukraynalı "millətçilər"in möhkəmləndirilmiş ərazisini aşkar edərək məhv etdiklərini açıqlayıb.

Metbuat.az "RİA Novosti"yə istinadla xəbər verir ki, hərbi idarə ukraynalı "millətçilər"in orta məktəb binasınından istifadə etdiyini bildirib: “Onlar qala kimi yaşayış binalarına yaxın ərazidə yerləşən yerli orta məktəbin kərpic binasından istifadə ediblər”.

Məktəbdə minaatan və onun üçün yüzlərlə atış, bir neçə min müxtəlif çaplı patron, qumbaraatan, daşınan zenit-raket kompleksləri və NLAW tank əleyhinə qurğular aşkar edilib. Zirzəmidə onlar istirahət yerləri və təcili tibbi yardım məntəqəsi təchiz edib, həmçinin orada əldəqayırma partlayıcı qurğuların istehsalı ilə məşğul olublar.

Müdafiə Nazirliyinin açıqlamasına görə, binada partlayıcı əşyaların olub-olmaması yoxlanılıb, bütün döyüş sursatı və ələ keçirilən silahlar Donetsk və Luqansk respublikalarının xalq milislərinin bölmələrinə təhvil verilmək üçün çıxarılıb. Əl istehsalı qumbaralar və zədələyici elementləri vint və mismarlardan ibarət digər partlayıcı maddələr hərbi mühəndislər tərəfindən yoxlanılıb, sonra çıxarılaraq məhv edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR