Zelenski Makronu təbrik edib

Ukrayna Prezidenti Volodimir Zelenski Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə Zelenski tviter hesabında yazıb.

"Fransa prezidenti və Ukraynanın əsl dostu Emmanuel Makronu seçkilərdə qələbəsi münasibətilə təbrik edirəm. Emmanuel Makrona Fransa xalqının rifahı naminə uğurlarının davamlı olmasını arzulayıram. Mən Fransanın dəstəyini yüksək qiymətləndirirəm və əminəm ki, yeni ümumi qələbələrə doğru birlikdə addımlayırıq! Güclü və vahid Avropaya", - deyə prezident vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR