Bu gün ​Qaynarinfo.az saytının 15 yaşı tamam olur

Bu gün Qaynarinfo.az saytının yaranmasından 15 il ötür.

Metbuat.az xəbər verir ki, sayt 2007-ci ilin 25 aprelində fəaliyyətə başlayıb. 15 il ərzində siyasət, iqtisadiyyat, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq özünə geniş oxucu auditoriyası toplayıb.

Qaynarinfo.az saytının yarandığı gündən qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, gündəmin vacib hadisələri ilə bağlı müsahibə və açıqlamalar yaymaqdır.

Hazırda sayt ölkənin ən çox oxunan internet media orqanlarından biridir. Minlərlə internet istifadəçisi Qaynarinfo.az-ı ziyarət edərək, Azərbaycanda və dünyada baş verən hadisələrdən xəbər tutur.

Biz də kollektivimiz adından Qaynarinfo.az saytını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar diləyirik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR