Ucarda iki nəfər diri-diri yandı

Ucarda iki nəfər diri-diri yandı
10:51 19 Yanvar 2015
220 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda partlayışla nəticələnən avtomobil qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Bakı-Qazax yolunda yük maşını və minik maşını toqquşub. Nəticədə minik maşını partlayıb.

Hadisə şahidlərinin məlumatına görə, partlayış nəticəsində maşında olan 2 nəfər yanaraq ölüb.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çalışırlar. Onlar deformasiyaya uğrayan maşında olan meyitləri çıxarmağa çılışırlar.

İlkin məlumata görə, minik avtomobilinin sürücüsü Bakı-Göyçay arası taksi fəaliyyəti ilə məşğul olurmuş.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR