“Sabah” tarixinin iki rekorduna imza atıb

“Sabah” komandası tarixinin iki rekorduna imza atıb.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXIV turda "Şamaxı"nı 5:1 hesabı ilə üstələyən paytaxt klubu Premyer Liqada ən böyükhesablı qələbəsini qazanıb, həmçinin özünün ən yüksək məhsuldarlığını nümayiş etdirib.

Komanda indiyədək heç vaxt 3-dən çox qol vurmayıb. 12 qarşılaşmada üç top vuran və bunların yarısında 3:0 hesabı ilə qalib gələn “Sabah” həm ilk dəfə 4 top fərqi ilə qalib gəlib, həm də ilk dəfə 4 və ya daha çox – 5 qol vurub.

Hər iki nailiyyət klub tarixinin Premyer Liqadakı yubiley – 100-cü matçında qeydə alınıb. “Sabah” bu oyunlarda 30-cu qələbəsini qazanıb. Zurab Oçiqava komandasının ikinci qoluna imza atmaqla bakılıların Premyer Liqadakı 100-cü qolunu vurub.

Bu, 50-ci ev matçındakı 15-ci qələbə kimi tarixə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR