Rusiyada partlayış səsləri eşidildi: Güclü yanğın var -

Rusiyanın Bryansk şəhərində neft bazasında yanğın baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Hadisənin səbəbləri barədə rəsmi açıqlama verilməyib. Yerli sakinlərin sözlərinə görə, yanğından əvvəl ərazidə şiddətli partlayış səsləri eşidilib.

Qeyd edək ki, iki həftə əvvəl Ukraynaya məxsus iki döyüş helikopteri Rusiya Federasiyasının hava məkanına daxil olaraq Bryansk vilayətinə azı altı zərbə endirmişdi. Məlumatı Rusiya İstintaq Komitəsi yaymışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR