16 yaşlı oğlan axtarılır -

Şabran rayon sakini, 2006-cı il təvəllüdlü Samuray Qasımov aprelin 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Metbuat.az-a verilən məlumata görə, S.Qasımovun boyu 160 santimetrdir, orta bədən quruluşludur. Evdən çıxarkən əynində qara gödəkcə, qara şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya (055) 650-20-44 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR