"Səbail"in baş məşqçisi Premyer Liqada yubiley oyununa çıxıb

“Səbail” komandası baş məşqçi Aftandil Hacıyevin rəhbərliyi altında 100-cü çempionat matçını keçirib.

Metbuat.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın XXIV turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları oyuna təsadüf edib.

2018-ci ilin yayından paytaxt təmsilçisində işləyən mütəxəssis 4 mövsüm ərzində 26 qələbə qazanıb. “Dənizçilər” Hacıyevin rəhbərliyi altında 21 heç-heçə edib və 53 dəfə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR