“Azəriqaz” Salyanda “Açıq mikrofon” aksiyası təşkil edəcək

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. Bu dəfə “Səyyar qəbul otağ”ı Salyan rayonunda təşkil olunacaq.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, "Azəriqaz" İB-nin rəhbər şəxsləri Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 137 (Mərkəzi Kitabxana) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. Aprelin 27-si saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

“Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər”, - məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR