Xaçmazda OĞURLUQ: Dəmiryol relsini oğurlayıb satmağa apardılar

Xaçmazda dəmir yolu stansiyasından oğurluq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 24-də saat 17 radələrində rayonun Çarxı dəmiryolu stansiyası ərazisindən 17 metr relsi oğurlayaraq “Belarus” markalı traktorun qoşqusunda metal qəbulu məntəqəsinə satmağa aparan Xanlıqoba kənd sakinləri Yaşar Məmmədov və Əfqan Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR