Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

Azərbaycanda ilk dəfə olaraq qarpız sahələrinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondundan Metbuat.az-a verilən məlumata görə, digər əkin sahələrində olduğu kimi qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısı fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir.

Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17% - 5,12% arasında dəyişir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR