Rusiya ordusunda ŞOK İTKİLƏR:

Ukraynada müharibə başlayandan Rusiya ordusunun aralarında azı 6 generalı da olmaqla 300-dən çox yüksək rütbəli zabiti həlak olub.

Metbuat.az xəbər verir ki, bu barədə "Mediazona" internet nəşri məlumat yayıb. Bildirilir ki, ölənlər arasında Rusiyanın Qara Dəniz Donanması komandirinin müavini və iki general-mayoru da var. Rusiyanın Qara Dəniz Donanması Ukraynanın sahilyanı ərazilərini nəzarətdə saxlamaq üçün önəm daşıyır.

Məlumata görə, Rusiya ordusunun müxtəlif təyinat üzrə xüsusi elit dəstələrinin azı 500 üzvü zərərsizləşdirilib. Həmçinin Rusiya Ukraynada 30-a yaxın təyyarə və helikopter pilotunu itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR