Qarşılarında türk əsgərini görən terrorçular diz çökdülər:

Türkiyə ordusunun İraqın Zap bölgəsində həyata keçirdiyi hərbi əməliyyatların görüntüləri yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülər terrorçuların gizləndiyi mağaranın qarşısında lentə alınıb. Türk əsgərlərini qarşılarında görən terrorçular, qaçmağa macal tapmayıb. Onlar təslim olublar. Məlum olub ki, ələ keçirilən terrorçular snayper üzrə xüsusi təlimlər keçib.

Qeyd edək ki, Türkiyə ordusunun İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilit” antiterror əməliyyatları nəticəsində indiyə qədər 56 terrorçu məhv edilib. 39 mağara və sığınacaq sıradan çıxarılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR