Rusiyanın hərbi müdaxiləsi nəticəsində 217 uşaq vəfat edib

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 217 uşaq ölüb, 391 uşaq güllə və qəlpə yarası alıb. Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı 608-ə çatıb.

Metbuat.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Qeyd olunur ki, uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin bombardmanı nəticəsində Ukraynanın şəhər və kəndlərində 1 508 təhsil müəssisəsinə ziyan dəyib, 102-si isə tamamilə dağılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR