Bakıda "KamAz"lardan 460 litr yanacaq oğurlanıb

Bakıda "KamAz" markalı maşınlardan 460 litr yanacaq oğurlanıb.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə aprelin 19-dan 25-dək olan müddətdə Qala qəsəbəsi ərazisində qəsəbə sakinlərinə məxsus “KamAZ” markalı 3 avtomobildən ümumilikdə 460 litr yanacağın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Akşin Səmədov müəyyən edilərək saxlanılıb.

Hadisəylə bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR