"Kainat Gözəli" yarışmasının qalibi Pamala Serena ölkəmizdə baş tutan beynəlxalq tədbirdə mükafatlandırıldı -

Pamala Serena uzun illər ərzində əlil və qayğıya ehtiyyacı olan uşaqlarla çalışıb. Bir sıra xeyriyyə işlərində adı çəkilən ictimai xadim P. Serena köməyə ehtiyacı olan və depressiyaya düşmüş xanımların daim yanında olmuş və öz qayğısını onlardan əsirgəməmişdir.

Eyni zamanda "Mrs Universe Dubai 2021" yarışmasının qalibi olan P. Serena kinemotoqrafiya, rəssamlıq və musiqi sahəsinə böyük marağı olub, bir çox çəkilişlərdə rol almış və tanınmış rəssamlarla çalışmışdır. O, psixologiya üzrə təhsil alıb.

Xatırladaq ki, Pamala Serena "Mrs Universe 2022"də Birləşmiş Ərəb Əmirliklərini təmsil edəcək.

Qeyd edək ki, o, "Reputation İnc." PR & Event" şirkətinin təşkilatçılığı ilə ölkəmizdə baş tutan "Global Woman Awards - 2022" tədbirində "The Successful Public Figure" mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR