Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” dövlət televiziyası xəbər verib.

Bildirilib ki, bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatına başlamasından bəri liderlər arasında beşinci söhbət olub.

Danışıq zamanı dövlət başçıları Ukraynadakı son vəziyyəti müzakirə ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zaman bir daha ona Ukrayna lideri Vladimir Zelenski ilə Türkiyədə görüşməyi təklif edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR