Ukraynalı futbolçu müharibədə həlak olub

Ukraynanın tanınmış futbolçusu Artur Qritsenko Rusiya ilə müharibədə öldürülüb.

Metbuat.az-ın məlumatına görə, "Karpatı"nın keçmiş müdafiəçisi desant-həmlə briqadasında hərbçi olub. 44 yaşlı veteran futbolçu Xarkovun müdafiəsi ilə bağlı döyüşlərdə həlak olub.

Qeyd edək ki, Artur Qritsenko peşəkar futbolçu karyerasına Lvovda başlayıb. O, "Karpatı"nın heyətində Ukrayna Premyer Liqasında bir oyun keçirib. Daha sonra Qritsenko aşağı liqalarda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR