Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edilib.
Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koronavirus üzrə Elmi Şuranın toplantısında bildirib.
O qeyd edib ki, Elmi Şura yaşı 65-dən yuxarı olanlara və xroniki, riskli xəstəlikləri olanlara maskalardan istifadə etməyi tövsiyə edir.