Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Aprelin 26-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün genişmiqyaslı tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da müharibədən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi qeyd olunub.

Nəzərə çatdırılıb ki, bu günədək məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı ərazilərdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Vətən müharibəsində qazanılan qələbədən sonra yeni reallıqlar yaranıb. Bundan sonra məcburi köçkünlər üçün mənzillər işğaldan azad edilmiş ərazilərdə inşa ediləcək, onların mərhələli şəkildə doğma yurda qayıdışı həyata keçiriləcək. Hazırda, Zəngilan, Füzuli, Ağdam rayonlarında, həmçinin Şuşa şəhərində yeni yaşayış sahələrinin inşası davam etdirilir, müvafiq infrastruktur yaradılır.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Komitə sədrinin qəbulunda əksəriyyəti məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR